Politoloq: "Həmsədrlərin yeni təklifləri haqqında heç bir informasiyanın olmaması, səfərin danışıqların uzadılmasına xidmət edəcəyindən xəbər verir"- AÇIQLAMA

Politoloq: "Həmsədrlərin yeni təklifləri haqqında heç bir informasiyanın olmaması, səfərin danışıqların uzadılmasına xidmət edəcəyindən xəbər verir"- AÇIQLAMA
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri əvvəlki səfərlərdən fərqlənməyəcək". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, faktiki olaraq həmsədrlərin yeni təklifləri haqqında heç bir informasiyanın olmaması, səfərin danışıqların uzadılmasına xidmət edəcəyindən xəbər verir. Bu günə qədər həmsədrlərin fəaliyyəti immitasiya xarakteri daşıdığını dilə gətirən politoloq söyləyib ki, onların fəaliyyəti nəyin bahasına olursa -olsun işğal prosesinin uzadılmasına xidmət edir.

Açıqlaması zaman ATƏT-in son hesabatına da toxunan E. Mirbəşiroğlu bildirib ki, təşkilat hesabatları ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində obyektiv mövqe nümayiş etdirmədiyini bir daha göstərdi: "Bu birinci hal deyil ki, ATƏT Azərbaycanla bağlı məsələyə obyektiv prizmadan yanaşmır. Dəfələrlə onlar ölkəmizlə bağlı məsələlərə ikili standartlarla yanışıb, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar səsləndiriblər. Hesab edirəm ki, təşkilatın son bəyanatı da Ermənistanın mövqeyini dəstəkləməyə hesablanır. Qurum Astana sammitində sübut edib ki, o sülh və təhlükəsizliyi təmin etmək məqsədi daşıyan təşkilat kimi potensialını tükəndirməkdədir. Bu gündən sonra atılan addımlar qurum haqqında nikbin danışmağa imkan vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə