“Sarı jilet”lilər 23-cü aksiyasını keçirəcək

Parisdə növbəti etiraz aksiyası keçirməyi planlaşdıran “Sarı jilet”lilər bölgələrdəki tərəfdarlarını onlara dəstək olmağa çağırış edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün keçirilməsi nəzərdə tutulan etiraz aksiyası sayca 23-cü olacaq.

Fransanın daxili işlər naziri Kristof Kastaner açıqlamasında bildirib ki, şənbə günü 60 minə yaxın şəhər küçələrində asayişə nəzarət edəcək.

“Bizim məqsədimiz, Fransızların təhlükəsizliyini təmin etmək və nümayiş azadlığını təmin etməkdir”, - deyə nazir keçirdiyi mətbuat konfransında deyib.

Nazir ayın 16-da olduğu kimi bu dəfə də küçələrdə iğtişaşlar yaratmaq istəyənlərin olacağını istisna etmədiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə