"ABŞ-ın müttəfiqləri bizə gizli danışıq təklifi edirlər" BƏYANAT

"ABŞ-ın müttəfiqləri bizə gizli danışıq təklifi edirlər" BƏYANAT

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyasının uğursuzluğa uğramasının ardınca, Vaşinqtonun müttəfiqləri Tehranla danışıqlara getməyə məcbur olublar. SİA xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi ölkənin kəşfiyyat naziri Mahmud Ələvinin sözlərinə istinadən yazıb.

İranlı nazirin sözlərinə görə, ABŞ-ın müttəfiqləri gizli şəkildə İranla danışıqlara getmək istədiklərini bildiriblər. “ABŞ-ın müttəfiqləri biləndə ki, Tramp İrana qarşı heç nə edə bilməyəcək, yaranmış səs-küyə rəğmən, onlar gizli şəkildə bizimlə danışıqlar aparmaq təklifi ilə çıxış ediblər”, Ələvi deyib.

Kəşfiyyat naziri ABŞ prezidentinin İslam İnqilabı Keşikçiləri (İİKK) korpusunun qara siyahıya əlavə edilməsi ilə bağlı “düşünülməmiş” addımını ittiham edərək bildirib ki, Iran xalqı İİK-nu dəstəkləməklə, Trampa tərs sillə vurmuş oldu.

Mahmud Ələvi eyni zamanda qeyd edib i, ABŞ-ın İİKK-na qarşı götürdüyü ölçülər İranın silahı qüvvələrində olan birliyi daha da möhkəmləndirdi.
Xatırladaq ki, bir müddət öncə Tramp bəyan edib ki, Vaşinqton İİKK-nu xarici “terror təşkilatı” kimi görür. Buna cavab olaraq, İranın Ali milli təhliüəsizlik şurası dərhal ABŞ-ı beynəlxalq terrorçuluğun sponsoru və hamisi, ABŞ silahlı qüvvələrini isə “terrorçular” adlandırıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə