“Son 1 il Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ciddi struktur islahatları ilə yadda qalıb. İslahatlar nəticəsində idarəetmədə çevikliyin və səmərəliliyin təmin olunması istiqamətində mühüm uğurlar əldə olunub, bir il ərzində ölkəmizin inkişaf və tərəqqisi uğurla davam edib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, son 1 il müddətində ölkə başçısının müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional baza mütəmadi şəkildə yenilənir: “Dövlət başçısının apardığı struktur islahatları iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Eləcə də, ölkəmizdə sosial inkişaf baxımından mühüm addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Bu gün ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər görülür. Bütün bunlar xalqımız tərəfindən yüksək dəyərləndirilir”.
C. Osmanov söyləyib ki, yeni prezidentlik dövrünə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayan ölkə başçısı bu müddət ərzində Azərbaycan vətəndaşının rifahını daim prioritetdə saxlayıb: “Şəhid ailələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib və artıq 12 min 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Prezidentin Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb. 2019-cu il 30 yanvar tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib ”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin uğurlu siyasət nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə yüksək göstəricilər qazanır: “Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda qeyri-neft sektorunun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. 2019-cu ilin əvvəlindən ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB