“Ümumiyyətlə, istər Ermənistan baş naziri Nikol Paşinyan olsun, istərsə də qeyri Paşinyan olsun, yəni burada söhbət Ermənistandan, ermənidən gedirsə biz bir şeyi dəqiq bilməliyik ki, bunların söylədiyi bütün fikirlər özlərinin müstəqil şəxsi fikirlərini ifadə etmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Paşinyanın sərsəm fikirlərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, onlara hansı proqram verilibsə, hansı yol göstərilirsə, tapşırıq verilirsə həmin şəxslər onu ifadə edirlər: “Yəni havadarları tərəfindən Paşinyana nə deyilirsə, o da onu edir. Burada təbii ki, erməni məkri, xisləti, hiyləsi, faşizmi, murdarlığı kökdədir. Ancaq tarixən bunlar alət kimi müxtəlif böyük dövlətlər tərəfindən istifadə olunublar. Bu gün də o davam edir. Bu gün yalandan, boğazdan yuxarı bizə dost deyən dövlətlər bunların hər biri öz rolunu oynayır və Ermənistanı müxtəlif səpkidə dəstəkləməklə məşğuldurlar. Məhz buna görə erməni o cür qudurğan fikirlər səsləndirir, sərsəm xülyaları ağlına gətirir və danışır. Paşinyan və qeyri Paşinyan da dəqiq bilir ki, onlar təkbətək qalsalar Azərbaycanın bugünkü gücünün qarşısında çox acizdirlər. Ancaq məsələ ondadır ki, onlar təkbətək qalmırlar. Çünki onları meydanda tək qoyan yoxdur. Həmişə əlləri onların kürəyində olan qüvvələr var. Paşinyan həmin qüvvələrin hesabına bu cür qələtlər edir. Bəs bunların qarşısını necə almaq olar? Bunun qarşısını almaq üçün Azərbaycanın yeganə bir yolu var. Azərbaycan bu gün tutduğu yolu, apardığı siyasəti bundan da yüksək səviyyədə davam etdirlməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB