Dünyanın ən iri kompüter istehsalçısı strateji inkişaf planını təqdim edəcək
Dünyanın ən iri kompüter istehsalçısı Hewlett-Packard (HP) korporasiyasının yeni icraçı direktoru Leo Apoteker HP-nin fərqli strateji planı üzərində işləri yekunlaşdırır. SİA-nın məlumatına görə, yeni plan əsasında şirkət yaxın gələcəkdə top-menecerlər heyətində dəyişikliklər etməyi, fəaliyyətində daha mənfəətli istiqamətlərə üstünlük verəcək. Strateji inkişaf planının cari ilin mart ayının 14-də HP tərəfindən San-Fransisko şəhərində keçiriləcək "March summit meeting" tədbirində təqdim olunacağı gözlənilir.
Müzakirə olunan dəyişikliklərə HP-nin proqram təminatına, eləcə də şəbəkə aparat təminatı və məlumat saxlama həlləri biznesinə yönəldilən investisiya həcminin artırılması məsələsi daxildir.
Müzakirə olunan dəyişikliklərə HP-nin proqram təminatına, eləcə də şəbəkə aparat təminatı və məlumat saxlama həlləri biznesinə yönəldilən investisiya həcminin artırılması məsələsi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB