Qalust Qriqoryan: “Transgender Lilit Martirosyanın parlamentdəki çıxışı hakimiyyətə qarşı detonator kimi istifadə edilir”
Nə qədər erməni ordusundakı atmosfer pisləşəcəksə, bir o qədər də erməni iqtisadiyyatındakı situasiya daha güclü şəkildə dərinləşəcək, bir o qədər də Ermənistanda geylərin sayı artacaq. SİA xəbər verir ki, bu barədə armenianreport saytının siyasi yazarı Qalust Qriqoryan öz məqaləsində qeyd edib.
Erməni şərhçiyə görə, ötən həftə Ermənistan parlamentinin binasının divarları arxasında insan haqları üzrə komissiyasının sədri Naira Zohrabyanın transgender Lilit Martirosyanla arasında baş verənlər və birincinin seksual azlıq nümayəndə qrupunu zaldan qovması erməni ictimai rəyində böyük müzakirələrə səbəb olub. “Artıq erməni KİV-ləri və sosial şəbəkə seqmentləri sözün həqiqi mənasında qaynar debatlarla qaynayırlar, Ermənistanda LGBT-nin mövcudluğu erməni mənəviyyatına nə dərəcədə cavab verir”, deyə yazan Qriqoryan əlavə edib ki, əslində LGBT Ermənistan üçün yeni deyil, heç olmasa İrəvanda gey-paradın keçirilməsi cəhdi, xüsusilə Lilit Martirosyanın parlamentdəki çıxışı hakimiyyətə qarşı detonator kimi istifadə edilir və s: “Alovun üzərinə yağı Ermənistanın apostol kilsəsinin Ararat Yeparxiyasının informasiya şöbəsinin rəsmisi Yesai Artenyan töküb. O, son vaxtlar Ermənistanda homoseksualların sayının sürətlə artdığını bildirib. Baxmayaraq ki, erməni kilsə xadimi bunu qərb dəyərlərinin nəticəsi kimi qiymətləndirir, biz onunla razılaşmaya da bilərik. “Dəmir pərdə” hələ SSRİ vaxtında aradan qaldırılıb, 80-ci illərin sonlarında və qərb dəyərləri hələ İttifaqın dağılması ərəfəsində Ermənistana daxil olmağa başladı. Lakin o zamanlar bu gün Ermənistanda mövcud olan gey sayım qədər deyildi və bu, açıq-aydın görünür, eləcə də iki səbəbə görədir ki, biz bu gün onları bir daha nəzərdən keçirəcəyik”.
Gənclər hərbi xidmətdən yayınmaq üçün gey olurlar: “Qarabağda top atəşinə qurban olan ət parçasına dönmək istəmirlər”
“Birinci səbəb - doğru və yalanlarla orduda xidmətdən yayınmaqdır. Son illər erməni ictimaiyyətində silahlı qüvvələrin nüfuzu aşağı düşüb. Ön cəbhədə olduğu kimi, arxa cəbhədə hərbi əməliyyatlardan kənar çoxsaylı əsgər ölümləri, zabit heyətinin əsgərlər üzərində qəddarlıqları, masştablı korrupsiya, “dedovşina”, normal qidalanmanın və xüsusilə, alt geyimlərinin olmaması – bütün bunlar erməni gənclərinin hərbi xidmətdən yayınmalarına təkan verir”.
Erməni şərhçi digər amillərə də toxunub: “Ermənistanda yaşam həddinin aşağı olmasına baxmayaraq, generalitetin əhlikef həyat tərzi də hərbçilərə nüfuz qazandırmayıb. Burayaca 2016-cı ilin aprel müharibəsini də əlavə etmək olar ki, bunun nəticəsində az erməni əsgərləri həlak olmadılar. Təbii ki, erməni yeniyetmələri bu cür orduda xidmət etmək və Qarabağda top atəşinə qurban olan ət parçasına dönmək istəmirlər. Hansı ailələrdə ki, maliyyə imkanları var, onlar öz oğullarını ya ordudan pulla alır,ya da arxa cəbhədə “elit” hərbi hissələrə düzəldirlər. Bəs ordudan qurtulmaq üçün imkanı olmayanlar, xarici ölkələrə köçə bilməyənlər nə etməlidirlər? Orijinal çıxış yolu tapılıb – erməni gəncləri kütləvi şəkildə geyliyə yazılırlar, belə ki, homoseksuallar hərbi xidmətdən azad olunurlar. Halbuki, hələ 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət işi açılırdı, 2008-ci ildə isə ölkə BMT-də gender identikliyi və seksual orientasiyası deklarasiyasını imzalayıb”.
Ermənistanda geyliyin ikinci səbəbi kimi Qərbdə qaçqın statusu almaq cəhdi göstərilir
“Əlbəttə, hərbi komissarlığı və tibbi komissiyanı aldatmaq elə də çətin deyil. Çünki psixoloji müayinələrə, psixiki xəstəliklərə aid nəticələr tələb edilir”, yazan erməni müəllif eyni zamanda, erməni ictimaiyyətində heç kimin kəskin homofobiyanı – qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslərin cəmiyyətdə və Ermənistan ordusunda təzyiqlərə və alçaldılmalara məruz qalmasını dəyişmədiyini qeyd edib. Ermənistanda homoseksuallığın artmasının ikinci səbəbi kimi Qərbdə qaçqın statusu almaq cəhdi göstərilir, belə ki, bu ölkədə sosial-iqtisadi mühitin yaxşılaşması ümumiyyətlə görünmür: “Ən azından, yaxın illərdə. Ermənistan ictimaiyyətində homofobiyanın yüksək dərəcəsi onların işə qəbul edilməmələri, ya da qovulmalarından, LGBT-yə üzv olmalarından, geylərin ünvanlarına edilən fiziki təhdidlərdən, homoseksualların ata evlərindən qovulmalarından görünür. Bütün bunlar erməni gənclərinin əllərinə oynayır ki, onlar seksual azlıq qismində Qərbə birdəfəlik köçmək qərarını veriblər. Hansı ki, LLGBT üzvləri Qərbdə qaçqın statusunu asanlıqla alı, xüsusilə Ermənistandan gedənlər.”
“Bax, bu iki əsas səbəblərdir ki, Ermənistanda homoseksualların sayı artır. Hansı ki, Ararat yeparxiyasının din xadimi Yesai Artenyan bunu Qərbin təsiri olaraq adlandırıb”, deyə erməni şərhçi ölkəsində artan homoseksuallığın səbəblərini izah edərkən yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB