Azərbaycanın İtaliyadakı Səfirliyinin əməkdaşları Məhəmməd Əsəd bəyin məzarını ziyarət ediblər
Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin əməkdaşları cari ilin 18 yanvar tarixində "Əli və Nino" əsərinin müəllifi Qurban Səid təxəllüsü ilə tanınmış məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin dəfn edildiyi İtaliyanın Pozitano şəhərində səfərdə olublar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Pozitano şəhərinin meri Mikele De Luçia və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmiş, şəhər merinin müşayiəti ilə Əsəd bəyin yaşadığı ev və məzarı ziyarət edilib.
Mikele De Luçia 1938-42-ci illərdə Salerno vilayətinin Pozitano şəhərində yaşamış Əsəd bəyin şəhər sakinləri üçün dəyərini vurğulayaraq, onun yerli əhali tərəfindən böyük hörmətlə anıldığını qeyd edib. M. De Luçia Əsəd bəyin iki xalq arasında mənəvi körpü yaratdığından Pozitano sakinlərinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi arzusunda olduqlarını bildirib.
Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov cavabında Azərbaycan xalqının, Əsəd bəyin ömrünün son və çətin illərində Pozitano sakinləri tərəfindən ona göstərilən qayğı və diqqətdən xəbərdar olduğunu bildirmiş və buna görə Pozitano sakinlərinə öz minnətdarlığını bildirib.
Səfər zamanı Pozitano ilə Azərbaycan arasında turizm, iqtisadiyyat və incəsənət sahələrində əməkdaşlıq məsələləri edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB