Arif Vəliyev: “Ötən ildə 2009-cu ilə nisbətən ərzaq, qeyri-ərzaq, istehlak mallarında bahalaşma qeydə alınıb”
Tikinti kompleksində aparılan inşaat işləri üçün bütün maliyyə mənbələrindən 9,7 milyard manat məbləğində vəsaitdən istifadə edilib, o cümlədən 6,4 miiyard manatlıq tikinti-quraşdırma işləri görülüb. SİA-nın verdiyi xəbərə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin statistik yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, yönəldilən vəsaitlərin 4.7 milyard manatı, yaxud 48,6 faizi məhsul istehsalı obyektlərinin inşasına sərf olunub, 75,2 faizi və ya 7,3 milyard manatı isə daxili vəsaitlər təşkil edib: "Eyni zamanda tikintisinə əvvəlki illərdə başlanılan və 2010-cu ildə davam etdirilməsi məqsədəuyğun sayılan, habelə ötən ildə inşasına başlanılan obyektlərdə tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin 3025,9 milyon manatından istifadə olunub".
Komitə sədri həmçinin nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 196,3 milyon ton yük və l,4 milyard nəfər sərnişin daşındığını deyib: "2009-cu ilə nisbətən yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,5 faiz artıb. Yüklərin 11,3 faizi dəmir yolu, 50,9 faizi avtomobil nəqliyyatı, 31,8 faizi boru kəməri vasitəsilə, sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı, 13,1 faizi metropolitenlə daşınıb. Eyni zamanda rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1,2 milyard manatlıq rabitə xidməti göstərib. Bu isə 2009-cu illə müqayisədə 29,7 faiz artım deməkdir. Rabitə xidmətlərinin 782,6 milyon manatı və ya 67,4 faizi mobil rabitənin payına düşüb".
Ticarət şəbəkəsindən satılan əmtəələrin müqayisəli qiymətlərlə dəyəri 9,0 faiz artaraq 13,7 milyard manat təşkil etdiyini deyən komitə sədri vurğulayıb ki, pullu xidmətlərin həcmi 10,8 faiz artaraq 4,7 milyard manata çatıb: "2010-cu ildə əhaliyə 18,4 milyard manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. İstehlak bazarından alınan məhsullarm 64,3 faizini ərzaq məhsulları, 35,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 7,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 13,8 faiz artıb. Ərzaq məhsulları alınmasına çəkilən xərclərin 17,9 faizini tərəvəz məhsulları, 14,5 faizini meyvə və giləmeyvə, 14,8 faizini ət və quş, 9,5 faizini çörək məmulatları, 8,3 faizini kərə yağı, süd və süd məhsulları, 7,4 faizini qənd və qənnadı məmulatları təşkil edib. Qeyri-ərzaq malları alınmasına ödənilən vəsaitin 23,1 faizi paltar və trikotaj, 22,0 faizi neft məhsulları, 6,7 faizi avtomobillər, 7,1 faizi ayaqqabı, 5,1 faizi elektrik avadanlığı, 5,4 faizi tikinti materialları alınmasına sərf edilib".
Xarici ticarət dövriyyəsinə gəlincə A. Vəliyev vurğulayıb ki, ötən il yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 25,1 milyard dollar təşkil edib. Əmtəə dövriyyəsinin 77,3 faizini və ya 19,4 milyard dollarını ölkədən ixrac olunan mallar, 22,7 faizini (5,7 milyard dollarını) isə idxal məhsulları təşkil edib, 13,7 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 85,6 faizi uzaq xarici ölkələrlə, 14,4 faizi MDB üzvü dövlətləri ilə aparılıb: "Ölkəyə idxal olunan malların 68,6 faizi (3,9 milyard dolları) uzaq xarici dövlətlərdən, 31,4 faizi (1,8 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. 2009-cu illə müqayisədə təzə meyvə və tərəvəzin, çayın, buğdanın, məişət kondisionerlərinin və televiziya qəbuledicilərinin və s. idxalı artıb, mal əti, düyü, buğda unu, kolbasa, şokolad məmulatları, meyvə-tərəvəz şirələri və s. idxalı azalıb. İxrac olunan malların 90,6 faizi, yaxud 17,6 milyard dolları uzaq xarici ölkələrə, 9,4 faizi və ya 1,8 milyard dolları MDB üzvü dövlətlərinə göndərilib. 2009-cu ildəkindən daha çox çay, bitki yağları, şəkər, makaron məmulatları, meyvə-tərəvəz konservləri, təbii qaz və s. ixrac olunub. Xarici ticarət əməliyyatların ən çox İtaliya (25,1 faiz), ən azı isə Qazaxıstanın (1,2 faiz) payına düşüb".
Həmçinin istehlak mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla müqayisədə 1,4 faiz, o cümlədən ərzaq məhsullarınm qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz, xidmət tarifləri 0,2 faiz bahalaşıb. Komitə sədri vurğulayıb ki, 2010-cu ildə 2009-cu ilə nisbətən istehlak mallarınm qiymətləri və xidmət tarifləri 5,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 7,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,3 faiz, xidmət tarifləri 4,3 faiz bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB