Ötən il cənub bölgəsində 70 nəfər HİV daşıyıcısı aşkarlanıb

Ötən il cənub bölgəsində 70 nəfər HİV daşıyıcısı aşkarlanıb

Ötən il laboratoriyada müayinə olunmaq üçün 19 mindən çox müraciət olub. Bu barədə SİA-nın cənub bürosuna məlumatı Lənkəran regional HİV diaqnostika laboratoriyasının müdiri Rəmiəli İbişov verib. Onun sözlərinə görə, 70 qan nümunəsində HİV daşıyıcısı aşkar edilib. Xəstəliyə yeni yoluxanların 27 nəfəri Lənkəran, 20 nəfəri Astara, 14 nəfəri Masallı, 8 nəfəri Cəlilabad, 1 nəfəri isə Yardımlı rayonunun sakinləridir.

Hazırda Lənkəran rayonunda 214, Astara rayonunda 92, Masallı rayonunda 80, Cəlilabad rayonunda 30, Lerik rayonunda 6, Yardımlı rayonunda isə 4 virusa yoluxma qeydə alınıb. Yoluxanların 19 faizə yaxınını qadınlar təşkil edir. Bu qorxunc xəstəliyə mübtəla olanların 80 faizi şəhərdə yaşayanlardır.

R. İbişov əlavə edib ki, 2010-cu ildə HİV-ə yoluxanlar arasında Lənkəran rayonunda 8 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə isə, indiyə kimi Lənkəranda bu xəstəlikdən 50 nəfər dünyasını dəyişib.

Həkimin sözlərinə görə, bu xəstəlik ən çox inyekson narkomanlar arasında geniş yayılıb. Bu tip xəstələr cənub bölgəsində 60 faiz təşkil edir. Xəstəliyə yoluxanların əksəriyyəti 30-40 yaş arasında olanlardır.

Son 10 ildə cənub bölgəsində QİÇS xəstəliyinə yoluxanların sayı 430-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə