Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq: “Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə