Aprel döyüşləri ölkəmiz üçün böyük bir dərs oldu. SİA aysor.am saytının məlumatına istinadən xəbər verir ki, bunu "Parlaq Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Marukyan bu gün “Yerablur” hərbi panteonunda jurnalistlərə bildirib.
"Biz bu dərsləri öyrəndik ki, ev tapşırığımızı yaxşı görməliyik. Şüarlar və ifadələr eşitdik, amma zaman gəldikdə bütün bu mif yoxa çıxdı, dağıdı. İndi ordu gücünü, ordunun arxası olan iqtisadiyyatı artırmalıyıq və bizə sülh gətirəcək yeni bir müharibəyə həmişə hazır olmalıyıq. Sülhün vacib girovu həmişə müharibəyə hazır olmaqdır ", Edmond Marukyan bildirib.
O bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqların davam etdirilməsi üzərində işlənilməlidir.
"Bu məsələnin hərbi, güc yolu ilə həlli yoxdur, amma yeni bir müharibə vəziyyətində yeni ərazilərin azad edilməsinə hazır olmalıyıq. Bu barədə eyni zamanda müdafiə naziri də bildirib", - deputat qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB