Emin Həsənli: “Müxalifətin hay-küyü şivənlikdən başqa bir şey deyil” RƏY-ÖZƏL
“Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər zaman-zaman yeni qurumlar yaradıblar, birləşiblər və ayrılıblar”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, hər dəfə də, müxalifət tərəfindən yaradılan blokların sonradan dağılmasına görə də, bir-birlərini günahkar çıxarıblar: “Bu baxımdan demək olar ki, müxalif baş bilənləri boşboğazlar yığınağından başqa bir şey deyillər. Bu gün müxalifət təmsilçilərini dəstəkləyən heç kəs yoxdur. Yalnız öz qohum-əqrabaları və partiya daxilində olan 5-10 nəfər onların anormal mövqelərini müdafiə edirlər. Yəni müxalifətin xalq tərəfindən dəstəyi olmayıb və olmayacaqdır. Çünki xalq onlara inanmır və onları qəbul etmir. Belə olan halda da müxalifətin hay-küyü şivənlikdən başqa bir şey deyil. Bu gün heç kəsə sirr deyil ki, müxalifət xarici qüvvələr tərəfindən dəstəklənirlər. Müxalifətin hansısa mini aksiyalar keçirmələri, təxribat xarakterli açıqlamalar yaymaları bir növ xaricdəki havadarlarına özlərini reklam etmək məqsədi daşıyır. Bunu üçün də bir-birləri ilə yarışırlar. Demək olar ki, müxalifətin daim davası “ana müxalifət” olmaq uğurunda gedib. Hər zamanda çalışıblar ki, biri digərindən üstün olsun. Bu iddialarda onların axırına çıxacaq”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB