Erməni politoloqu Suren Sarkisyan ölkəsinin baş naziri Nikol Paşinyanın Ermənistanda 2018-ci ilin yazında baş vermiş “məxməri inqilaba” ABŞ-ın sıfır reaksiya göstərməsi ittihamını ilginc şəkildə şərh edib. SİA xəbər verir ki, bu barədə aysor.am yazır.
“Əgər Ermənistandakı hakimiyyət dəyişikliyi 43-cü prezident Buşun, ya da Obamanın prezidentliyi dövrlərinə təsadüf etsəydi biz erməni-amerikan münasibətlərinin başqa gündəmə söykənəcəyini görə bilərdik, o cümlədən, Hillari prezident olsaydı biz bu dəfə tamamilə ayrı münasibətlə qarşılaşardıq. Anlayın, Tramp praqmatik prezidentdir. Onun heç kimin qarşısında öhdəliyi yoxdur və o bizə borclu deyil”, deyə erməni poliitoloqu özünün Facebook səhifəsində qeyd edib.
“Erməni-amerikan münasibətlərində problemlər mövcuddur”
Onun sözlərinə görə, Tramp öz müttəfiqlərini dəstəkləməyi borc bilir, istər İsrail, istər Grücüstan, istərsə də digər ölkə olsun və bu məntiqlidir. “Əvvəl-axır anlayın, bizlər amerikalılar üçün nə müttəfiqik, nə də strateji önəm kəsb edən ölkəyik. Erməni-amerikan münasibətlərində problemlər mövcuddur. Bizim amerikalıların dostları ilə də problemlərimiz var (Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail), onların isə bizim dostlarımızla (Rusiya federasiyası, İran). Nəzərə almasaq ki, onların da bizim bəzi səlahiyyətli şəxslərimizlə problemləri var. Nikol haradasa düz deyir, amerikalılar bizə kömək etmirlər. Bəli, Tramp doğru deyir, biz onlara müttəfiq deyilik və onun da bizə borcu yoxdur, onun dünyada hakimiyyəti dəyişikliyi etmək gündəmində də deyil, o cümlədən əlavə pul xərcləməyə də həvəsi yoxdur”, deyə Suren Sarkisyan yazıb.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB