Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə