Qabil Hüseynli: "Son insident Avropa Komissiyası üçün ciddi problem yarada bilər"-AÇIQLAMA
Avropa İttifaqının bir çox yetkililəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Amma Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ən səlahiyyətli və baş nazir funksiyasını həyata keçirən bir şəxsiyyətdir. Onun söylədikləri ciddi siyasi bir əhəmiyyətə malikdir. İndi burada bir söz deyib və həmin sözlərin qurumun saytında öz əksini tapmaması mənim zənnimcə Avropa Komissiyası üçün ciddi problem yarada bilər. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, həmin şəxsin burada söylədiklərinin video materialları var və bundan qaçmaq mümkün deyil: "Saytda hansısa bir barmağın olması və onu müşayiət edən katiblərdən kiminsə məsləhəti ilə korrektələrin aparıldığını istisna etmək olmaz. İstənilən halda Azərbaycan Xarici İşlər Nazirliyi saytda əksini tapanlarla bağlı öz fikrini bildirib və Avropa Komissiyasına şəxsən Manuel Barrozaya nota verib".
Politoloq hesab edir ki, istənilən halda baş vermiş insident Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə, xüsusən qaz sahəsində anlaşmalara və o cümlədən "Cənub dəhlizi" layihəsi çərçivəsində əldə edilmiş razılaşmalara təsirsiz ötüşməyəcək. Belə ki, siyasi və iqtisadi layihə kimi tanınan "Nabucco" da təzyiq mexanizmləri məhz rəsmi Bakının əlindədir: " "Cənub Dəhliz"nin reallaşması da Azərbaycanın maraqlarına xidmət edir. Çünki rəsmi Bakı enerji resurslarının diversifikasiyanda maraqlıdır. Bu zəmində həm neft, həm də qaz amilindən siyasi məqsədlərimizin reallaşması üçün istifadə etməyə çalışırıq. Əgər Avropa Birliyi "Nabucco" xatirinə gəlib burada Azərbaycanın xoşuna gələn sözləri deyib sonra geri çəkiləcəksə, onda biz də bu layihə ilə bağlı verdiyimiz sözlərdən ya geri çəkilə bilərik və yaxud layihədən istifadə edərək Avropa İttifaqına Azərbaycanın siyasi maraqlarına və haqq işinə xidmət edən mövqelərin sərgilənməsini tələb edə bilərik. Çünki "Nabucco" iqtisadi deyil həm də, siyasi layihədir. Bunu Avropada da yaxşı başa düşürlər. Mənim zənnimcə, təzyiq mexanizmləri daha çox Azərbaycanın əlindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB