“20 Yanvar-milli mücadilə tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş "20 Yanvar-milli mücadilə tariximizin qəhrəmanlıq səhifəsi" mövzusunda elmi konfrans keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, anım mərasimində ilk öncə vətən azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözülə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 20 Yanvar hadisəsindən 21 il ötdüyünü, şəhidlərin daim xalqın qəlbində yaşayacağını söyləyib. O, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda həyata keçirilən vəhşiliklərin, insanlığa qarşı törədilən ən ağır cinayətlərin başda Mixail Qorbaçov olmaqla sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslər tərəfindən törədildiyini söyləyib. Törədilən faciəyə hüquqi-siyasi qiymət verilməsi sahəsində xalqın ümümmilli lideri Heydər Əliyevin xidmətlərindən bəhs edən akademik хаlqın ümummilli lideri Heydər Əliyevin istər Mоskvаdа fərdi təqаüdçü kimi yаşаyаrkən, istər Nахçıvаndа Аli Məclisin sırаvi dеputаtı və sоnrаlаr Аli Məclisin Sədri, istərsə də yеnidən böyük siyаsi hаkimiyyətə qаyıdışındаn sоnrа bu fаciəyə əsl hüquqi-siyаsi qiymət vеrdiyini, Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisində Hеydər Əliyеvin sədrliyi ilə 21 nоyаbr tаriхində kеçirilən birinci sеssiyаdа "1990-cı ilin yаnvаr аyındа törədilmiş Bаkı hаdisələrinə siyаsi qiymət vеrilməsi hаqqındа" qərаrın qəbul olunduğunu bildirib. O, 20 yanvar şəhidlərinin ailələrinə hər zaman dövlət qayğısı olduğunu qeyd edib.
Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqtafiya və Arxeologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov "20 Yanvar faciəsinin tarixi və sosial-siyasi şərtləri, Sara Hacıyeva "Faciəyə gedən yol", Toğrul Xəlilovun "Şərəf və qəhrəmanlıq salnaməsi", Məmməd Məmmədov "20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi" mövzusunda elmi məruzələrlə çıxış ediblər.
Sonda video görüntü vasitəsi ilə 21 il bundan öncə törədilmiş qanlı hadisələrin kadrları və "20 Yanvar-milli mücadilə tariximizin qəhrəmanlıq səhifəsi" adlı sərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB