20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib
Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. SİA-nın xəbərinə görə, fərmana uyğun olaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidenti təqaüdünün aylıq məbləği aşağıdakı kimi müəyyən edilir:
I qrup əlillərə - 150 manat
II qrup əlillərə - 130 manat
III qrup əlillərə - 100 manat.
Təqaüd Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin "Sosial müdafiə və sosial təminat bölməsi" vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB