“Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Birinci vitse-spikeri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitənin sədri Ziyafət Əsgərov deyib.
Ermənistanın danışıqlardan qaçmaq, pozmaq üçün ortaya müxtəlif bəhanələr atdığını deyən Z. Əsgərov söyləyib ki, bu bahələrə danışıqlar formatının dəyişdirilməsi daxildir: “Danışıqlar prosesinin Azərbaycan və Ermənistan arasında aparılması ilə bağlı format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib”.
Birinci vitse-spiker qeyd edib ki, Ermənistanın hər vəchlə danışıqların hazırki formatda aparılmasına mane törətməyə çalışır: “Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır. Bu istiqamətdə danışıqlar gedəcəksə, biz bunun tərəfdarıyıq. Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallardan biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq”.
Z. Əsgərov vurğulayıb ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesini ləngitmək, qeyri-səmimilik göstərmək, təxribatlar etmək kimi addımları onları köhnə siyasətidir: "Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Danışıqlar prosesində istədiyimiz nəticəni - beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunmasını istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB