Yanvarın 19-da Azərbaycanda Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
TUMİB-in sədri Çingiz Bayramov tədbiri açaraq 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqımızın öz istiqlaliyyəti dəhşətlərindən danışıb. Azərbaycan xalqının öz müstəqilliyini asan əldə etmədiyini vurğulayan Ç.Bayramov qeyd edib ki, o qanlı günlərdə Azərbaycana ən böyük dəstək Türkiyədən olub.
Ulu öndər Heydər Əliyevin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması və şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan bəhs edən sədr, ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərdiyini qeyd edib.
Tədbirdə çıxış edən Türkiyənin Bakıdakı səfirinin müavini, polis general-mayoru İsmayıl Çalışkan 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu deyib.
Digər çıxış edənlər də qəhrəman Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu vurğulamış, onların şərəfli ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB