Latviya XİN: “Dağlıq Qarabağ problemi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll edilməlidir”
Latviya Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasının tərəfdarıdır və bu formata qarşı heç bir maneəçilik törətmək niyyəti yoxdur. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Latviyanın xarici siyasət idarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Yanis Zlameç Azərbaycan və Latviya prezidentlərinin birgə bəyannaməsində uzunsürən münaqişələrin sülh yolu ilə həllinə dair təşəbbüslərin təşviqinin əhəmiyyəti ilə bağlı göstərilən maddəyə münasibət bildirərəkən söyləyib.
O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Riqanın mövqeyi Avropa Birliyinin mövqeyi ilə üst-üstə düşür: "Dağlıq Qarabağ münaqişəsi ümumi qəbul edilmiş prinsiplər və beynəlxalq hüquqi normalara, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə uyğun olaraq suvernlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll edilməlidir".
Eyni zamanda diplomat ATƏT-in Astana sammitində qəbul olunan qərarların da çox mühüm olduğunu və münaqişənin həllinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB