"Onlar gah İranı, Azərbaycanı, gah da Ermənistanı dəstəkləyir" ÖZƏL-AÇIQLAMA
"Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfəri daha çox bizim şimal qonşumuzla razılaşdırılmış bir siyasi gedişdir. Çünki hal-hazırda İran bir növ Rusiyanın əlaltısı statusunda çıxış edir. İran necə müsəlman dövlətidir ki, Paşinyanı ölkəsində yüksək səviyyədə qəbul edir. Hətta orada şüar da qaldırırlar ki, “Dağlıq Qarabağ Ermənistanındır”. Bu o deməkdir ki, İran prezidenti Həsən Ruhani artıq əsil simasını açıb göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, bir neçə gün öncə də Ruhani Azərbaycana ərazi iddiası belə irəli sürmüşdü: "Hələ bunlar indiyədək dərk edə bilməyiblər ki, bu günə qədər İran dövlətinin həmişə rəhbəri türklər olub. İranı ancaq türklər idarə edib. Yəni onlar bunu qəbul edə bilmirlər və indi yenidən bizi ermənilərin ayağına verməyə başlayıblar. Nikol Paşinyanın da bunu qəbul etməsi, qazın nəqlinin artırılması, Ermənistanı öz daxili bazarına buraxmaqla bağlı danışıqlara başlaması, eləcə də işğalçı ölkəyə bu və ya digər formada iqtisadi yardımların ediləcəyi sözünü gündəmə gətirməsi, Ermənistanla münasibətlərin daha da yaxşılaşdıracağı fikrini bildirməsi və s. bütün bunlar hamısı Azərbaycana qarşı olan bir təzyiqdir. Yəni İran bir növ Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb. Bilirsiniz, bu dövlətin rəhbərliyində bir neçə sifətli adamlar var. Onlar gah İranı, gah Azərbaycanı, gah da Ermənistanı dəstəkləyirlər. Əslində dövlətçilik tarixi çox qədim olsa da İran artıq bu gün birmənalı şəkildə Azərbaycanın yanında olmadığını fikrini gündəmə gətirməyə başlayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB