Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin iş adamları, idmançıları, incəsənət nümayəndələri, siyasətçiləri və tələbələr bu qətliamı bütün dünyaya çatdırmaq üçün “Xocalı üçün paylaş” aksiyası keçiriblər.
SİA yerli mətbuata istinadla xəbər verir ki, aksiya çərçivəsində hamı eyni anda öz sosial media hesabları vasitəsilə Xocalı soyqırımı haqqında türk, rus, ingilis və fransız dillərində paylaşımlar ediblər. Paylaşımlar “Unutma, unutsan səni də unudarlar”, “Hər zaman barış istəyirik”, “Keçmişdə bizə qarşı olanları mütləq xatırlayacağıq” və digər başlıqlar altında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB