Mais Səfərli: “Əli Kərimlinin hay-küyü əsassızdır ” RƏY-ÖZƏL

Mais Səfərli: “Əli Kərimlinin hay-küyü əsassızdır ” RƏY-ÖZƏL

“Heç kəsə haqq verilmir ki, kiməsə hədə-qorxu gəlinsin”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu siyasətçiyə yaraşmayan bir haldır: “Əgər müxalifət tərəfindən nəzərdə tutulan mitinqə icazə verilməyibsə, deməli icra hakimiyyəti orqanları hansısa bir ciddi səbəblərə əsaslanıblar. Bəlli faktdır ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə heç vaxt qadağa qoyulmayıb. Bununla bağlı Konstitusiyamız da geniş müddəalar var. Yəni Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlıq mövcuddur. Müstəqillik əldə etdiyimiz illər ərzində demokratik qanunlardan ən çox yararlanan radikal müxalifət olub. Demək olar ki, lazım oldu, olmadı hər həftə mitinq keçirirlər. Bir sözlə, bu hüquqlardan müxalifət gen-bol istifadə edir. Ona görə də, onların bu məsələ ilə bağlı şikayət etməyi haqları yoxdur. Ümumiyyətlə, hədə qorxu-gəlmək qanunlara zidd bir hərəkətdir və siyasətçiyə yaraşmayan bir davranışdır. Ümumiyyətlə, Azərbaycanda radikal müxalifət deyilən bir kəsim var. Demək olar ki, radikal müxalifət çox dağınıq bir şəkildə fəaliyyət göstərir. Yəni onların partiyaları dağılmış və qruplar halına gəlib çıxmışdır. Bunun da səbəblərini müxalifətin özündə axtarmaq lazımdır. Çünki bu illər ərzində onlar öz sıralarında heç bir islahatlar aparmadılar. Müxalifət düşərgəsini təmsil edən şəxslər gen-bol demokratiyadan və insan haqlarından danışsalar da, reallıqda öz təşkilatlarında heç bir islahat aparmayırlar. İndi müxalifət düşərgəsində hər kəs özünü müxalifətin lideri kimi təqdim etməyə can atır. Bu da nə ilə bağlıdır? Azərbaycandan kənardakı qüvvələrin diqqətini cəlb etmək üçün. Əslində heç müxalifət düşərgəsində elə böyük bir insan kütləsi yoxdur ki, orda hansısa liderdən danışılsın. Çünki kiçik qruplardı, hər qrupunda başında bir insan durub. Belə lazımsız təşkilatlardan biri də AXC-dir ki, onunda başında Əli Kərimli dayanır. Ə.Kərimlinin hay-küyü əsassızdır. Əminliklə deyə bilərəm ki, Əli Kərimlinin özünü müxalifətin lideri kimi təqdim etməyə çalışmasını müxalifətdə düşərgəsində olan digər qrupların rəhbərləri heç biri qəbul etməyəcəkdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə