"Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirilib TƏDBİR-YENİLƏNİB-VİDEO-FOTOLAR

"Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirilib TƏDBİR-YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında "Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, İcra katibin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, YAP-ın fəal gəncləri və KİV nümayəndələri iştirak ediblər.

YAP-ın Sədr müavini bildirib ki, Xocalı soyqırımı ən qanlı hadisələrdən biridir: “Bir gecənin içində erməni daşnakları Azərbaycanın çoxminli şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansız divan tutub, 613 nəfəri qətlə yetirib, meyitləri təhqir ediblər, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu dəhşətli hadisə heç vaxt unudulmayacaq”.

İcra katibi qeyd edib ki, Azərbaycan xalqı heç vaxt qısasçı olmayıb: “Biz insanları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu qətliamı törədənlər cəzalandırılsınlar. Qarşımızda duran vəzifə budur. İnanırıq ki, bir xalq, millət olaraq buna nail olacağıq. Biz bu faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Zaman keçdikcə bu faciəni soyqırımı kimi tanıyan dövlətlərin sayı artacaq. Bu qətliamı törədənlərə insan demək olmaz. Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.

Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmasa, insanları qoruya bilməz. 1990-cı illərdə Azərbaycan torpaqların ermənilər tərəfindən işğalının bir səbəbi Ermənistanın işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətimizin zəif olması idi".

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür.

Sonda hadisə şahidləri, gənclər çıxış edərək faciə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə