Azərbaycana qarşı işğalçılıq siyasəti aparan ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başqa don geydirmək, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində dəridən-qabıqdan çıxır, hər cür təxribata əl atmaqdan çəkinmirlər.
Mənzil-iqamətgahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ermənilər Utrext şəhərində təşkil edilən Beynəlxlaq Turizm Sərgisində ölkəmizə qarşı növbəti təxribata əl atıblar.
Niderland krallığının Xarici İşlər Nazirliyinin inkişaf edən ölkələri dəstəkləyən mərkəzinin (CBİ) təşəbbüsü və təşkilatçılığı ilə açılmış növbəti sərgidə mənfur qonşularımız yenə bilərəkdən ticarəti siyasətlə qarışdırmış, Dağlıq Qarabağa turistlər cəlb etmək üçün xüsusi bukletlər buraxmış və "Ermənistan" adlı guşədə nümayiş etdirməyə çalışıblar. Guşəyə qoyulmuş "Ermənistana xoş gəlmişsiniz" bukletinin sonuncu səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist turlarının təşkil edildiyi barədə reklam verilib. Ermənistanın xəritəsində isə Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilib.
Hollandiyada fəaliyyət göstərən BAK-ın üzvləri tərəfindən ermənilərin bu cəhdinin qarşısı alınıb. Doğma vətənləri Azərbaycanın ətrafında sıx birlik nümayiş etdirən təşkilatın üzvləri CBİ-yə zəng vurmuş və idarənin əməkdaşı Ester Righla danışaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyaəti, Dağlıq Qarabağın Azərbaycanın əzəl ərazisi olması və digər məsələlər barədə ətraflı məlumat veriblər. Ölkəmizin bütövlüyünə xələl gətirən belə təşəbbüslərin qarşısını almağı və guşədə Dağlıq Qarabağla bağlı bukletlərin, kitabçaların və digər əyani vəsaitlərin dərhal yığışdırılması tələb edilib. Sərginin layihə rəhbəri Wim Heumenin və CBI-nin elektron ünvanlarına rəsmi şəkildə etirazlar göndərilib. BAK-ın fəxri sədri Sahil Qasımov CBİ rəhbərliyi ilə əlaqə saxlayaraq ermənilərin məqsədləri haqqında ətraflı məlumat vermiş və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş bu hərəkətin qarşısını və bukletlərin dərhal yığışdırlmasını tələb edib.
Azərbaycanın Niderland krallığındakı səfirliyi də ermənilərin dünya ictimaiyyətini aldatmağa yönəlmiş təxribat xarakterli hərəkətlərinə son qoyulması tələbi irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB