Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "Total E&P"nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, R. Abdullayev 2010-cu ilin ölkəmizin iqtisadiyyatı üçün uğurlu olduğunu qeyd edib. O, qazanılan nailiyyətlərdən söz açıb, xarici tərəfdaşların rolunu vurğulayıb.
Səmimi qəbul üçün təşəkkür edən Maykl Borrell yeni ildə Azərbaycan neft-qaz sənayesinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Görüşdə ARDNŞ və "Total"ın Azərbaycanda birgə həyata keçirdiyi layihələrin gedişi və bu istiqamətdə mümkün perspektivlər müzakirə olunub. Tərəflər görülən işlərdən razılığını ifadə edib, qarşıda duran vəzifələrdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB