İngiltərə və Aİ Çinə silah satışı məsələsində qarşı-qarşıya gəlir

İngiltərə və Aİ Çinə silah satışı məsələsində qarşı-qarşıya gəlir

Avropa İttifaqının (Aİ) xarici işlər üzrə yüksək nümayəndəsi Ketrine Eyşton Çinə silah satışı üzərində tətbiq olunan 20 illik embarqonun qaldırılmasını təklif edib. Bu təklif isə İngiltərə hökumətini narahat edir. Yaxın aylarda Çinin baş naziri Ven Ciabaonun səfər edəcəyi İngiltərə 1989-cu ilin iyununda Pekinin Tiananmen meydanında baş verən qırğınlardan sonra tətbiq olunan embarqonun davam etdirilməsini dəstəkləyir. Qeyd edək ki, 1989-cu il Pekində Tiananmen meydanına daxil olan tanklar həftələrlə orada nümayiş keçirən tələbə və fəhlələri dağıdıb. Həmin vaxt yüzlərlə adam ölüb.

 

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin baş naziri David Kameron Aİ-nin xarici işlər üzrə yüksək nümayəndəsinin təklifinin hazırkı situasiyada qəbuledilməz olduğunu bildirib. O, hesab edir ki, Çində insan haqqlarının qorunması ilə bağlı mənzərənin pis olması və bu sahədəki yavaş irəliləmələr embarqonun qaldırılmasını mümkünsüz edir. D.Kameron qeyd edib ki, mövcud embarqonun qaldırılması məsələsinin müzakirəsi üçün zaman yetişməyib. Silah embarqosu ilə bağlı müzakirələr Çinin yeni lideri olması gözlənilən Li Keqiangın qabaqcıl texnologiya məhsulları üzərindəki yoxlamaların qaldırılması üçün İngiltərədən kömək istədiyi günlərə təsadüf edir. Ancaq Li silah ticarəti ilə bağlı şərh verməyib.

 

K.Eyşton silah ixracı üzərində tətbiq olunan siyasi məhdudiyyətin, xüsusilə təhlükəsizlik sahəsində Çin ilə Aİ ölkələri arasındakı əməkdaşlığa təsir göstərən ciddi bir maneə olduğunu ifadə etdi. O, "Aİ embarqoları qiymətləndirmə və bir addım kənara daşımalıdır",- deyərək İngiltərəni pərt edib. Eyştonun təklifinin Sakit okean sahillərindəki müttəfiqlərinin maraqlarına görə, Pekinin silah satışına qarşı çıxan ABŞ-ı da narahat etməsi gözlənilir. İngiltərə embarqonun davam etməsi lazım olduğunu istədiyi halda, Fransa və İspaniya embarqonun qaldırılmasının lazım olduğunu ifadə edir.

 

Çinin artan hərbi gücü bu ölkənin Avropa siyasətindəki rolunu da getdikcə artır. Pekinin Avropadakı yeni müttəfiqləri isə mükafatlarını alır. Fransa prezidenti Nikolas Sarkozi keçən ilin noyabr ayında Pekinə səfəri zamanı "102 Aisrbus" təyyarəsinin sifarişini alıb. Razılaşma milyardlarla avro ilə ifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə