"Danışıqlar baş tutmayanda bu artıq müharibəyə aparır” ÖZƏL-RƏY

"Danışıqlar baş tutmayanda bu artıq müharibəyə aparır” ÖZƏL-RƏY

"Artıq 4 dəfə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Sonuncu görüş isə Parisdə olmuşdu". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkilinin sözlərinə görə, Paris görüşündə artıq hər iki dövlətin xalqlarını sülhə hazırlamağın vacibliyi, zərurəti ilə bağlı konkret addımların atılması haqqında razılaşma əldə edilmişdi: "Bu baxımdan Münhen görüşünə ümidlər daha çox idi. Amma hesab edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları və xüsusilə onun Almaniyada səsləndirdiyi bəyanatlar müəyyən mənada danışıqların perspektivinə bir qədər kölgə salmağa başlayıb. Beləki o son çıxışlarında göstərir ki, onun ancaq Ermənistanın adından danışmağa ixtiyarı var. Dağlıq Qarabağın adından danışmağa heç bir hüququ yoxdur. Dağlıq Qarabağ probleminin tənzimlənməsində Ermənistan və Azərbaycanla yanaşı Dağlıq Qarabağda tərəf kimi iştirak etməlidir. Bu onun köhnə ideyalarıdır və onu yenidən gündəmə gətirmək istəyir. Amma hər halda bir şeyi unutmaq olmaz ki, Paşinyan hiss etməkdədir ki, ona qarşı indi müxalifət yəni keçmiş iqtidar “Qarabağ kartı”ndan maksimum faydalanmaq istəyir. Hətta Paşinyanı ittiham edirlər ki, o münaqişənin həlli ilə bağlı çox ciddi güzəştlərə hazırlaşıb. Xüsusilə Qarabağ məsələsində onun xəyanətkar mövqedə dayandığı haqqında ittihamlar səslənməyə başlayıb. Hesab edirəm ki, belə təzyiqlərin fonunda o indi belə fikirlər səsləndirir. Amma hər halda çox gözəl dərk edir ki, əgər belə bir ideyada israrlı olsa, onda danışıqlar baş tutmayacaq. Danışqlar baş tutmayanda isə bu artıq müharibəyə aparır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə