"Bəzi təşkilatların fəaliyyətinin kökündə anti-müsəlman siyasəti dayanır" AÇIQLAMA-ÖZƏL
“Azərbaycana qarşı ikili siyasət aparan ölkələr, təşkilatlar məcbur edirlər ki, biz də adekvat siyasət aparaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, əslində bu yanaşmaya ikili standartlar demək olmaz: “Bu, “mən ağayam, güc məndədirsə, qanun da mənəm” prinsipinə əsaslanan güclülərin siyasətidir.
Beynəlxalq təşkilatların bəzi məsələlərə birtərəfli yanaşma sərgilədiyini deyən politoloq söyləyib ki, Fransada ötən ilin noyabrın 17-dən başlayaraq hökumətin avtomobil yanacağının qiymətinin artırılması qərarına kütləvi etiraz aksiyaları keçirilsə də, etirazlar zamanı vətəndaşlarla polis arasında iğtişaşlar nəticəsində onlarla insan yaralanıb, həbs olunmasına baxmayaraq, beynəlxalq təşkilatların heç bir reaksiyası olmadı: “Halbuki, bu təşkilatlar Azərbaycanda və yaxud Türkiyədə baş verən hər hansı bir hadisə zamanı polisin qanuni müdaxiləsini dərhal insan haqlarının, demokratiyanın pozulması kimi qələmə verirlər”.
Bəzi təşkilatların ikili yanaşması ilə bağlı digər misallar çəkən İ. Vəlizadə qeyd edib ki, Avropa ölkələrinin parlamentləri qondarma erməni soyqırımı ilə bağlı müxtəlif bəyanatlar verir, qanunlar qəbul edirlər: “Bunu araşdırmadan, kökünə getmədən Türkiyəyə qarşı bir təzyiq kimi istifadə edirlər. Amma bir neçə müsəlman ölkəsində baş verən soyqırımı barədə heç kəs danışmır, konkret mövqe sərgilənmir. Bu o deməkdir ki, bunların hamısı sifarişlərdir və bu sifarişlərin kökündə anti-müsəlman, anti-humanist siyasət dayanır”.
“Bundan başqa, Ukraynaya, Krıma görə, Rusiyaya embarqolar qoyulur, sanksiyalar tətbiq edilir. Eləcə də Gürcüstan və Moldova ilə bağlı da müxtəlif bəyanatlar var. Bəs niyə ərazisinin 20 faizi işğal olunan Azərbaycanla bağlı hər hansı bir bəyanat verilmir, embarqo qoyulmur? Heç BMT-nin qəbul etdiyi və qismən real görünən o dörd qətnamədən belə danışmırlar. Bu qətnamələr barədə ancaq Azərbaycan danışır”, - deyə politoloq vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB