Dünyanın silahla yatıb-qalxan 10 ölkəsi

Dünyanın silahla yatıb-qalxan 10 ölkəsi

Keçən həftənin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Qabriel Ciffordsa qarşı təşkil edilən və onunla birlikdə 7 nəfərin qətlə yetirildiyi hücumdan sonra ABŞ-da silah daşınmasına icazə verən qanunlar müzakirə mövzusu olub. Nə qədər qəribə olsa da qadın konqressmen hər zaman silah satışına qadağanın əleyhinə çıxıb və dəfələrlə bəyan edib ki, özü də silah gəzdirir. Mərkəzi Cenevredə yerləşən "Small Arms Survey" təşkilatının 2007-ci ildə apardığı araşdırmaya görə, hər 100 adamdan təxminən 90-nın silah saxladığı ABŞ ən çox silah saxlayan ölkələr sıralamasında birincidir. SİA-nın məlumatına görə, "Foreign Policy" jurnalı, əhalinin ən çox silah saxladığı ölkələrin siyahısını hazırlayıb.

Yəmən: 100 adama düşən silah sayı 54, 8

Silahların qeydiyyata alınmasını tələb edən və ictimai yerlərdə daşınmasını qadağan edən qanunların olmasına baxmayaraq silahlar Yəməndə həyatın ayrılmaz hissəsidir. Açıq sahələrdə qurulan bazarlarda keyfiyyətinə görə 500-1500 dollar qiymət aralığında "Kalaşnikov" silahını almaq mümkündür. Əgər "Kalaşnikov"a pul çatmazsa, asanlıqla "RPG" də əldə etmək olar. Odlu silahın işlənildiyi cinayətlərə görə, hər il təxminən iki min yəmənli həyatını itirir. ABŞ-ın terrorçuların sığınacaq tapması ilə tanıdığı Yəmənin silahsızlaşdırılması üçün isə ümid çox azdır.

İsveçrə:100 adama düşən silah sayı 45,7

İsveçrədə olan bir ənənə insanlardan tüfəng sahibi olmasını tələb edir. Buna baxmayaraq, İsveçrə cinayətlərin sayının az olmasına görə, nümunəvi ölkələrdəndir. Buna görə, ölkə ABŞ-lı silah həvəskarları tərəfindən sevilir. Ancaq silah sahibi olma anlayışı ABŞ-dakından çox fərqlidir. 21-32 yaş həddində olan bütün isveçrəli kişilər hərbi xidmət çəkmək məcburiyyətindədir. Ordudan tərxis olan kişilər istədikləri müddət evlərində saxlamaq üçün ordudan "M-57" tüfəngi və 24 daraq götürür. Qadınların silah sahibi olması qadağandır, buna baxmayaraq onlar dövlətin dəstəklədiyi təlim proqramlarına qatıla bilirlər. Rəqəmlərə görə, 2001-ci ildə İsveçrədəki silah anbarlarında 600 min avtomatik silah və 500 min tapança var idi.

Finlandiya: 100 adama düşən silah sayı 45,3

Finlandiyada silah sahibi olmaq kimi güclü bir meyl var. Ölkədə silah almaq üçün lazım olan yaş həddi 15-dir. Silah ən çox ovçuluq və atış təlimləri keçmək üçün edilir. Ölkədə silaha olan meyl 2007-ci və 2008-ci illərində baş verən məktəb qırğınlarından sonra azalmağa başlayıb. İki ayrı hücumda eyni silah dükanından alınan silahlarla 18 adam öldürüldü. Finlandiyalı siyasətçilər silah əldə etmək üçün yaş həddini 18-ə qaldırmağı və yarı avtomatik silahların satışını qadağan etməyi düşünür.

Serbiya: 100 adama düşən silah sayı: 37,8

Serbiya və Qərbı Balkan ölkələrində gəzən qeyri-qanuni silahlar 1990-cı illərdə baş verən qarşıdurmaların məhsuludur. Dağılmasından əvvəl Yuqoslaviya ucuz piyada silahlarının ucuz idxalat mərkəzi mövqeyində idi. Müharibənin sona çatmasından bəri hökumətin silahsızlaşdırma üçün göstərdiyi səylərə baxmayaraq, bu gün Serbiyada 900 min qeydiyyata alınmayan silahın olduğu təxmin edilir. 1990-cı illlərdə cinayətkar qruplar üçün əhəmiyyətli bir mənbə olan Serbiyadakı silah tacirlərinin bu gün terrorçuları silahla təmin etməsindən narahatlıq ifadə edilir. Mövcud qanunlar yarı və tam avtomatik silahlardan istifadəni qadağan edir. Ancaq, qara bazar vasitəsilə "AX-47" sahibi olmaq çox asandır.

Kipr: 100 adama düşən silah sayı 36,4

Bu rəqəm bütün adaya aid edilməsinə baxmayaraq, adanın yunan hissəsi daha çox silaha sahibdir. "Small Arms Survey"in 2005-ci ildəki hesabatına görə, 870 min əhalisi olan ada həmin il ABŞ-dan ən çox silah idxalatçısı olmağı bacarıb. Ancaq idxal edilən silahların çoxu vətəndaşların istifadəsi üçün deyil. Kiprdə olan ov tüfənglərinin demək olar ki, hamısı qeydə alınmayıb. Onların sayı 104 mindir. Baş verən türk-yunan qarşıdurmalarına görə, böyük silah anbarları olan adada silahdan istifadə nəticəsində qeydə alınan ölümlərin sayı 10-u keçmir.

Səudiyyə Ərəbistanı: 100 adama düşən silah sayı 35

Səudiyyə Ərəbistanı hökuməti qadınların avtomobildən istifadə qadağan etsə də, eyni baxış silahlar üçün tətbiq olunmur. Ovçuluq, müdafiə və "əyləncələr" üçün silahdan istifadənin Səudiyyə Ərəbistanın mədəniyyətində dərin bir keçmişi var. Yeni qanunlar silah əldə etmək üçün yaş həddini 21 müəyyənləşdirib. Ancaq nəzarət altında olmaq şərtilə 12 yaşından etibarən təlim almaq mümkündür. Sayı bilinməsə də hər il minlərlə qeydiyyatdan kənar silahın ələ keçirildiyi Səudiyyə Ərəbistanında 2009-cu ildə məhkumluğu olanlara silah dükanı açmaq icazəsi verilib.

İraq: 100 adama düşən silah sayı: 34,2

2003-cü ildə İraq ordusunun silahsızlaşdırılmasından sonra qara bazara ayaq açan silahlar ABŞ əsgərləri üçün tapılmayan kimyəvi və bioloji silahlardan daha ölümcül bir hala gəldi. 2003-cü ildə hökumətin qəbul etdiyi qanunlarla 7,62 kalibrəyə qədər olan silahların qeydiyyata alınacağı halda alışına icazə verilib. Bu silahlar arasında "AK-47" də var. ABŞ işğalının ən böyük təsiri qara bazarın canlandırdığı ticarətin təriqət qarşıdurmalarını gücləndirməsi və silah qiymətlərinin artmasını təmin etmək oldu.

Uruqvay: 100 adama düşən silah sayı 31,8

2002-ci ilə qədər silah əldə etmək üçün lazım olan yeganə şey şəxsiyyət vəsiqəsinə sahib olmaq idi. Həmin il Latın Amerikasının ən çox silah saxlayan ölkəsi Uruqvayda yeni qanunlar qüvvəyə mindi. Buna baxmayaraq Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, ölkədə 600 min qeydə alınan silah var. Bu rəqəm qeydə alınmayan silahların sayına bərabərdir.

İsveç: 100 adama düşən silah sayı 31,6

Ölkənin ucsuz-bucaqsız şimal bölgələrində maral ovuna çıxmaq isveçlilərin ən sevdiyi məşğuliyyətlərdən biridir. Bu gün İsveçdə sertifikatlı ovçuların sayı 300 mindir. Ovçulara 4-6 tüfəng saxlamağa icazə verildiyi halda, tapançalar qarşı sərt qadağalar mövcuddur. Qadağalara baxmayaraq, yalnız 2005-ci ildə Malmö şəhərində 50 silahlı hücum baş verib.. Bu hücumların çoxu immiqrant tərəfindən qeyri-qanuni silahlarla təşkil edilib. Ən çox silah saxlayan ölkələr siyahısında İsveçdən sonra qonşusu Norveç gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə