Ağcabədidə "Gəncliyin səsi" adlı tədbir keçirilib

Ağcabədidə "Gəncliyin səsi" adlı tədbir keçirilib

YAP Ağcabədi rayon təşkilatı 2 Fevral Gəncləri Günü münasibətilə Ü.Hacıbəyli adına Ağcabədi şəhər "Qarabağ" Muğam Mərkəzində "Gəncliyin səsi" adlı tədbir keçirib. Tədbirdə müstəqil Azərbaycan dövlətinin Qurucusu və Yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində təşkil edilmiş gənc rəssam Şəbnəm İbadovanın fərdi sərgisi ilə tanış olublar. Sonra tədbirə "N" saylı hərbi hissənin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, "N" saylı hərbi hissənin əsgəri Mirhadi Səmidzadə, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Nəriman Orucov, Ağcabədi rayon icra hakimiyyətinin baş məsləhətçisi Vüsalə Məmmədova və YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək, gəncləri təbrik edərək, ölkəmizdə gənclərə olan diqqət və qayğıdan söz açıblar.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev və Onun siyasi xəttinin uğurlu davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev gənclərə daim diqqət və qayğı göstərmiş, onların fəal bir vətəndaş kimi formalaşması üçün lazım olan münbit şəraitin yaradılmasına önəm vermişdir.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə Gənclər Günü münasibəti ilə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları təqdim olunub.
Tədbir Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzinin və "N" saylı hərbi hissənin əsgərlərinin ifasında bədii hissə ilə davam etdirilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə