Paşinyanın parlamentdə tələsik və qapalı iclası Jurnalistlərə qadağa!

Paşinyanın parlamentdə tələsik və qapalı iclası Jurnalistlərə qadağa!

Ermənistan parlamentinin hakimiyyətə mənsub “Mənim addımım” fraksiyasının qapalı iclası keçirilir. SİA armenianreport-a istinadən xəbər verir ki, İclasda fraksiyanın deputatları, eləcə də vilayət qubernatorları iştirak edirlər. “İclasda həmçinin baş nazir Nikol Paşinyan da iştirak edir”, deyə bildirilən məlumatda qeyd olunur ki, gündəlikdə hökumətin struktur dəyişiklikləri, eləcə də parlamentin fevralın 12-də keçiriləcək növbəti iclası məsələsi dayanıb.

O da bildirilir ki, əlavə müzakirə mövzuları barədə jurnalistlərə heç bir məlumat verilmir: "Jurnalistlərə binaya giriş qadağan edilib və bu, şənbə günü ilə əlaqələndirilir, eyni zamanda buraxılış məntəqəsində əməkdaşların olmadığı deyilir. Hətta parlamentə akkreditə olunmuş jurnalistlər də buraxılmır”, deyə məlumatda xüsusilə vurğulanıb.

Erməni KİV-ləri şənbə günü keçirilən tələsik toplantının hökumətdaxili böhranın yaranması və s. problemlərlə əlaqələndirirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə