"Rəsmi Vaşinqton Azərbaycana çox diqqətlə, həssaslıqla yanaşır" ÖZƏL-ŞƏRH
"ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon etməsi və onunla ikitərəfli münasibətlərin həm bu günü, həm də perspektivləri ilə bağlı müzakirələr aparması, eyni zamanda təhlükəsizlik sferasında, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlığın konkret nəticələri ilə bağlı fikirlər səsləndirməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı ABŞ-ın rəsmi mövqeyini növbəti dəfə ifadə etməsi bu qənaətə gəlməyə əsas verir ki, bu gün Bakı-Vaşinqton münasibətləri strateji xarakter kəsb edir. Eləcə də bir çox fundamental məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, ABŞ fövqəldövlətdir və dünyanın istənilən regionunda onun həm həyati, həm də ümumi maraqları var: "Bu gün ABŞ-ın dünyada hərbi xərcləri 700 milyard dollardan çoxdur. Dünyada 760-dan çox hərbi bazası və hərbi obyekti var. Belə bir nəhəng dövlətin həm də prezidentə təhlükəsizlik məsələləri ilə bağlı məsləhət verən, onun müşaviri olan bir şəxsin Azərbaycan dövlət başçısı ilə həm regional, həm də beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməsi Azərbaycanın Avropada enerji təhlükəsizliyində oynadığı rolla bağlı təqdir edən mövqeyini ortaya qoyması təbii ki, bir daha onu göstərir ki, rəsmi Vaşinqton Azərbaycana çox diqqətlə, həssaslıqla yanaşır. Beləcə Azərbaycanın regiondakı yerini, rolunu və çəkisini yüksək dəyərləndirir.
Nəzərə alsaq ki, Con Boltonun ötən ilin oktyabr ayında regiona səfəri oldu. O Azərbaycanda səfərdə olarkən ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğuladı. O zaman da qeyd etdi ki, Azərbaycan ABŞ-la beynəlxalq terrorizmə çox ciddi və layiqli töhfələr verib. Xüsusilə də Əfqanıstanda bizim sülhməramlı missiyamızı yüksək qiymətləndirmişdi. O həm Bakıda, həm də Ermənistanın paytaxtında olarkən erməniləri son dərəcə narahat edən bir sıra bəyanatlarla çıxış etmişdi. Onun əsas tezisi o idi ki, Ermənistanın gələcək inkişafı yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Bunlar hesab edirəm ki, Ermənistan tərəfi üçün çox ciddi mesajlar idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB