Binəqədi rayonunda "Sağlam Yaşam" adlı layihənin yarış günü və bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilati dəstəyi ilə fondun 11-ci qrant müsabiqəsinin qalibi, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Aslan Aslanovun «Sağlam Yaşam» adlı layihəsinin yarış günü və bağlanış mərasimi keçirilib.Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aslan Aslanov Azərbaycan Respublikası Gənclər Fonduna gənclərə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, layihə çərçivəsində keçirilən tədbirlərin əsas məqsəd və hədəflərindən söz açıb.Sonra iştirakçılar komandalara bölünərək, futbol hakiminin müşahidəsi ilə oyuna başlanıb. Yarışda məktəblilər iştirak edib, qalib komandalar kuboklarla mükafatlandırılıb və hər bir məktəbli layihədə iştirak etdiyi üçün sertifikatlarla təltif edilib.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB