Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın nüvə proqramı səbəbilə dünya gücləri ilə yaşadığı problemin həlli üçün heç bir səyi əsirgəməyəcəklərini söyləyib.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Küveytin "Əl Kabas" qəzetinə açıqlama verən Ərdoğan İstanbulda yanvarın 21-də aparılacaq nüzə müzakirələri ilə bağlı suala da cavab verib.
Hər iki ölkənin sülh məqsədi ilə nüvə texnologiyasını inkişaf etdirmə haqqı olduğunu vurğulayan baş nazir məsələnin həlli üçün Ankaranın üzərinə düşəni edəcəyini deyib.
Qeyd edək ki, yanvarın 21-də İstanbulda İranla 5+1 ölkələri arasında keçiriləcək müzakirələrdə Türkiyə iştirak etmir. Lakin Ankara tərəflər istədiyi təqdirdə müzakirələrə qatılacağını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB