TOHGMİB-nin sədri Emin Həsənli: “Müxalifətin maliyyəsi xaricdən gəlir”
“Müxalifətin bu günə qədər keçirdiyi bütün aksiyalar uğursuzluğa düçar olub”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, bunun da səbəbi müxalifət təmsilçilərinin satqın və xəyanətkar olmaları, eləcə də, xaricdən maliyyələşmələridir: “Fakt budur ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri xaricdən qrant alırlar. Yəni müxalifətin maliyyəsi xaricdən gəlir. Bu baxımdan dağıdıcı müxalif ünsürlər xarici dairələrin burda tapşırıqlarını icra edirlər. Demək olar ki, dəfələrlə müxalifətin qanuna müvafiq şəkildə aksiya keçirməsinə Azərbaycan dövləti hər cür şərait yaradıb. Amma onlar tərəfindən keçirilən bu aksiyalara xalq qatılmaq istəmir. Çünki xalq müxalifəti dəstəkləmir. Bu reallığı müxalifətin özü də çox gözəl bilir. Sadəcə olaraq, özlərini karlığa və korluğa vurular. Ümumiyyətlə, həm xarici, həm də müxalifət qüvvələrinin bircə məqsədi var, o da sabitliyi pozmaqdır. Amma adları çəkilən qüvvələr heç vaxt ölkəmizdə sabitliyi poza bilməzlər. Çünki, ölkəmizdəki sabitlik möhkəm əsaslara söykənir. Digər tərəfdən, xalq-hakimiyyət birliyi dönməz və əbədidir. Bu birliyi heç bir məkrli qüvvə poza bilməz”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB