“Paşinyan özünü xalqın nümayəndəsi kimi təqdim edə bilməz” İTTİHAM
“Nikol Paşinyan Levon-Ter Petrosyanın talançılıq siyasətini davam etdirir”. SİA "news.am"a istinadən xəbər verir ki, bu barədə birinci Qarabağ müharibəsi dövründə ermənilərin “Talin” dəstəsinin komandiri olmuş Sarkis Karapetyan deyib.
Onun sözlərinə görə, bir ildə Ermənistandan 40 milyard dram həcmində sərvətlər çıxarılıb və bu hal davam etsə belə, kimsə onun barəsində danışmaq istəmir. “Nikol Levon Ter-Petrosyan dövründə də olduğu kimi, onun siyasətini davam etdirir”, deyən Sarkis Karapetyana görə, nəyə görə isə, Ermənistanın birinci prezidentinin cinayətləri barədə heç kim xatırlamır və hər kəs diqqəti 1 mart məsələsi üzərinə kökləyib. “Halbuki, Ter-Petrosyan da xalqın talan olunması və öldürülməsində cavabdehlik daşıyır”, erməni komandiri bildirib.
Sarkis Karapetyan əlavə edib ki, atəşkəs haqqında saziş imzalandıqdan sonra 3 mindən çox əsgər həlak olub. “Bizim əsgərlərin ölümlərinə görə cavabdehlik Levon Ter-Petrosyanın üzərinə düşür, o ordunun geri çəkilməsi əmrini vermişdi”, erməni komandiri iddia edib.
O, eyni zamanda, Nikol Paşinyanı da hədəfə alıb: “Nikol Paşinyan jurnalist olarkən 25 min dram müqabilində yalan məqalələr yazırdı. Ona görə də özünü xalqın nümayəndəsi kimi təqdim edə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB