"Onlar müxalifətçiliklə yox, naxələfçiliklə məşğuldurlar" ÖZƏL-MÜNASİBƏT
Yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi.
Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov SİA-ya müxalifətin öz simasını tam olaraq ortaya qoyduğunu deyib: “19 yanvar mitinqində insanlar Əli Kərimliyə görə yox, Mehmana görə çıxmışdılar. 3 minə yaxın insan sadəcə bu məsələ ilə bağlı öz etirazlarını bildirdilər. Prezident İlham Əliyev isə hələ bu mitinqə qədər müvafiq tapşırıqlarını vermişdi, Mehmanın müraciətindən sonra isə iş daha ciddi nəzarətə götürüldü. Yəni bu prosesin Əli Kərimliyə heç bir aidiyyatı yoxdur. 20 Yanvar günü isə onların etdikləri sadəcə alçaqlıqdır. Bu bir daha göstərdi ki, onlar müxalifətçiliklə yox, naxələfçiliklə məşğuldurlar. Əslində onlara ən gözəl cavab şəhidlərin yaxınları tərəfindən “Bizim əzizlərimizdən öz çirkin niyyətlərinizdə istifadə etməyin!”, deyə verildi. Hər kəs 20 Yanvar üçün məzarlara yaxınlaşmaq, gül qoyma istəyir. Ancaq insan axını çoxdur, minlərlə adam şəhidləri ziyarət etmək istəyir. Onlar arasında qocalar, qadınlar, uşaqlar çoxluq təşkil edir. Belə bir məqamda Əli Kərimli və yan-yörəsindəki debillər çox asan şəkildə şou çıxardacaqlarını gözəl bilirdilər. Beləliklə orda hər kəs kimi yox, kütləvi şəkildə daxil olmaq istəyirdilər. Bu artıq siyasətdə axırıncı yoldur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB