"Davos Azərbaycanın iqtisadi inkişafının nümayişi üçün mühüm platformadır" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan iqtisadi dividentləri qazanaraq bunu siyasi uğurlara transformasiya etməyi bacarıb. Bunun nəticəsində də Azərbaycanın təşəbbüsü ilə qlobal layihələr həyata keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında İlqar Vəlizadə deyib.
Azərbaycanın Cənubi Qafqazda aparıcı rol oynadığını söyləyən politoloq deyib ki, Cənub-Şimal, Şərq Qərb dəhlizi, TANAP TAP kimi digər layihələr iqtisadi olsa da, siyasi dəstək olmadan onları həyata keçirmək mümkün deyil.
İ.Vəlizadə söyləyib ki, Azərbaycanın öz imkanlarını dünyaya tanıtdırmaq üçün istifadə etdiyi ən mühüm platformalardan biri də məhz Davos İqtisadi Forumudur: “Ölkəmiz bu forum vasitəsilə siyasi, iqtisadi gücünü ortaya qoyaraq burada təmsil olunan digər ölkələri əməkdaşlığa çağırır”.
Azərbaycanda xarici investorların fəaliyyəti üçün hər bir şəraitin yaradıldığını deyən politoloq vurğulayıb ki, nəqliyyat infrastrukturumuz xarici biznes adamları üçün ən cəlbedici sahələrdən biri hesab olunur: “Digər ölkələrdən fərqli olaraq Azərbaycan nəqliyyat infrastrukturunu öz hesabına qurub. Heç bir ölkədən kredit almaq bunu etmək ölkəmiz üçün böyük uğurdur. Davos İqtisadi Forumu da bu imkanların nümayişi üçün mühüm səhnədir. Hansı ki ölkəmiz bundan istifadə etməyi bacarır və dünya biznesində öz mövqeyini gücləndirmiş oluruq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB