Çexiya Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyası haqqında İrəvandan rəsmi sorğu alıb. Teleqraf.com xəbər verir ki, bu haqda “Joxovurd” qəzeti yazıb. Çexiya Ədliyyə Nazirliyinin nümayəndəsi Martin Baçkovski jurnalistlərə bildirib ki, Ermənistan Baş Prokurorluğu tərəfindən Narek Sarkisyanın ekstradisiyası haqqında rəsmi sorğu göndərilib: “Sorğu Praqa prokurorluğuna yönəldilib, daha sonra isə məsələ ilə məhkəmə məşğul olacaq”.
Qeyd edək ki, Serj Sarkisyanın qardaşı Aleksandr Sərkisyanın oğlu 37 yaşlı Narek Sarkisyan dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. O, Qvatamelaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek Sarkisyan adını və soyadını Franklin Qonzales olaraq dəyişdirib. Narek Sərkisyan silah və narkotik maddə saxlamaq, həmçinin adam oğurluğu ittihamı ilə “İnterpol” tərəfindən axtarışda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB