AŞPA-nın qış sessiyasında hansı kuryoz hadisə baş verib? FOTO+FAKT

AŞPA-nın qış sessiyasında hansı kuryoz hadisə baş verib? FOTO+FAKT

Yaxud, Hollandiyadan olan cinsi azlıq nümayəndəsi və deputatının “aclıq aksiyası” mövzusunda müzakirə zamanı buterbrod yemək həvəsi

Yanvarın 21-25-də AŞPA-nın qış sessiyası zamanı kuryoz hadisə baş verib. SİA xəbər verir ki, qurumun insan haqları ilə bağlı keçirilən əlavə tədbir zamanı, anti-Azərbaycan şəbəkəsinin bloqer Mehman Hüseynovla əlaqəli çıxışı müddətində niderlandlı deputat, eləcə də cinsi azlığın nümayəndəsi olan Piter Omtziq əlindəki buterbrodu aşırı iştahla yeyirmiş.

İclas zamanı M.Hüseynov arası dəydiyi ədliyyə işçisi Əli Abdalovla görüşüb-öpüşərək, barışırmışlar...

Maraqlı məqam isə budur ki, holland deputat həmin buterbrodu M.Hüseynovun qardaşı Emin Hüseynov çıxış edərkən həzm-rabeəsindən keçirib. Daha dəqiq desək, E.Hüseynov Azərbaycanda insan haqlarının pozulmasından, qardaşı M.Hüseynovun aclıq aksiyasından canfəşanlıqla danışdığı müddətdə (halbuki, iclas zamanı M.Hüseynov arası dəydiyi ədliyyə işçisi Əli Abdalovla görüşüb-öpüşərək, barışırmışlar) bu hadisə yaşanıb.

Omtziq üçün Emin Hüseynova “Qarın qardaşdan irəlidir” misalı

Bu mənzərə həm də belə deməyə zəmin yaradır ki, əslində, Omtziq və onun timsalında olan avrodeputatlar üçün nə Mehmanın nə də digər “siyasi məhbus” kimi sırınan şəxslərin taleyi maraqlı deyil və belə məsələlər qarşısında necə deyərlər, “qarın qardaşdan irəlidir” misalı yada düşür.

Bütövlükdə isə, Azərbaycan barədə müfəssəl məlumata malik olmayan bu kimi böhtançı deputatlar üçün əsas məsələ budur ki, Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasında iştirak edib, əsl həqiqətləri görmədən, səsvermələrdə iştirak etmək, belə kampaniyalardakı iştirak üçün isə, müəyyən məbləğdə qonorarlar almaqdır.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yəni, “aclıq aksiyası” keçirənlərlə bağlı keçirilən qurama iclas zamanı acgözlüklə ağıza dürtülən bu buterbrod sübut edir ki, “Avropa dəyərləri” üçün ümumiyyətlə, heç bir faktor maraqlı deyil. Təki, hər-hansı dövlətə, xüsusilə Azərbaycana qarşı qarayaxma kampaniyası başladılsın və bu kampaniyada qərəzlər səslənərək, bu qərəzlərə səs verilsin. Əlbəttə ki, buterbrod basa-basa...

Bütün xəbərlər Facebook səhifəmizdə