Dünən axşam İranda baş vermiş aviaqəzanın qurbanlarının sayı 77 nəfərə çatıb. SİA-nın məlumatına görə, daha əvvəl bu rəqəmin 72 olduğu göstərilirdi. Ölənlərdən 12-si heyət üzvləri, 2-si körpə, 1-i isə yeniyetmədir. Həkimlərin söylədiklərinə görə, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Bir nəfər haqqında isə hələ ki, heç bir məlumat yoxdur.
Qeyd edək ki, İran Air aviaşirkətinə məxsus Boeing-727 təyyarəsi paytaxt Tehrandan Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiyaya uçuş həyata keçirərkən qəza törədib. Hadisə dünən axşam Urmiya şəhərindəki hava limanına təkrar eniş edərkən baş verib. Güclü qar və duman səbəbi ilə heyət birinci dəfədən eniş edə bilməmişdi. İkinci cəhd isə sonuncu oldu.
Hadisə yerində bir qara qutu aşkar edilib. İlkin məlumatlara görə, mütəxəssislər hesab edir ki, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB