“Müxalifət mitinq keçirmək göstərişini Avropadakı himayədarlarından alıb” RƏY-ÖZƏL

“Müxalifət mitinq keçirmək göstərişini Avropadakı himayədarlarından alıb” RƏY-ÖZƏL

“Uzun müddətdir ki, siyasi səhnədə görünməyən müxalifətin bəzi təmsilçiləri, xüsusilə də “Milli Şura” üzvləri yenidən fəallaşıblar”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, əslində bu fəallıq heç də təsadüfi deyil: “Prosesləri diqqətlə izlədikdə görərik ki, radikal qüvvələrin fəallığının da arxasında Azərbaycana qarşı şər-böhtan kampaniyası aparanlar dayanır. Dəsti-xətt eynidir. Öncə sosial şəbəkələr vasitəsi ilə törətdiyi cinayət əməlinə görə həbs edilən Mehman Hüseynovun aclıq etməsi, təzyiqlərə məruz qalması ilə bağlı silsilə xəbərlər yayımlandı. Ardınca bu böhtanın doğru olmadığı sübuta yetirilməsinə baxmayaraq tələsik formada Avropa Parlamentdə qərəzli müzakirələr keçirildi. Bu müzakirələrin ardından isə “Milli Şura” eyni şüarlarla mitinq keçirtdi. Halbuki bu dəfə də mitinqə toplaşanların sayına nəzər saldıqda Azərbaycan ictimaiyyətinin “Milli Şura” və orada təmsil olunanlara heç bir etimad göstərmədiyinin şahidi olduq. Üzləşdikləri növbəti uğursuzluqdan sonra indi onlar yenidən mitinq keçirmək istəyirlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, təşkil olunan mitinqlər sadəcə “Milli Şura” və Əli Kərimlinin Avropadakı himayədarlarından aldığı tapşırıqları yerinə yetirmək üçün təşkil edilib. Onlar üçün mitinqə gələn insanların sayı, cəmiyyətin olmayan marağı yox, məhz alınan tapşırıqların "uğurla" yerinə yetirilməsi önəmlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə