“Özünü müxalifət adlandıran qurumlar vaxtaşırı olaraq özlərinin varlıqlarını sübut etmək üçün bu kimi xırda nüanslardan istifadə edirlər”. Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, uzun illərin təcrübəsi də göstərir ki, bu təşkilatlar yalnız öz varlıqlarını ayrı-ayrı aksiyalarla, ayrı-ayrı xırda hadisələrlə varlıqlarını sübut etməyə çalışırlar: “Bu gün Azərbaycanda siyasi dustaq yoxdur, məhbus yoxdur. AXCP, “Milli Şura”, Müsavat və digər müxalif təşkilatlar mitinqi “siyasi məhbuslara azadlıq” şüarı altında keçirirlər, təbii ki, Azərbaycanda siyasi məhbus yoxdur. Peşəsindən asılı olmayaraq həbsdə olan şəxslərin hər birinin özünün əməlində cinayət faktları var. Lap deyək ki, jurnalistdilər. Bunlar peşələrinə görə yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. Azərbaycanda bütün məsələlər qanunvericiyin tələblərinə uyğun tənzimlənir. Xaricdən qidalanan müxalif qüvvələr isə qeyri-qanuni vasitələrdən istifadə etməklə iddialarını və xaricdən aldıqları göstərişləri yerinə yetirmək istəyirlər. İndiyə qədər müxalifətin keçirdiyi mitinqlər uğursuzluqla nəticələnib. Çünki, cəmiyyətdə onların heç bir dəstəkləri, sosial bazaları yoxdur. Ümumiyyətlə, mitinq praktikası artıq müəyyən mənada tarixin arxivinə gedib. Son illər AXCP-nin, Müsavatın və “Milli Şura”nın keçirdiyi mitinqlərin say tərkibinə baxsaq uzaq başı 1500 nəfərin iştirak etdiyinin görmüşük. Əhali onların təşkil etdikləri aksiyalara gəlmək istəmirlər. Azərbaycan xalqı öz hakimiyyətini müdafiə edir, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Artıq 15 illik tarix sübut edir ki, Azərbaycan hakimiyyəti düz yoladır, xalqın iradəsi ilə hərəkət edir. Bu kimi xarici agent rolunda çıxış edən və özünü müxalifət adlandıran adamlar nə qədər mitinq təşkil etsələr də elə öz üzvlərindən başqa o mitinqlərə qatılan olmayacaq. Ona görə də, hesab edirəm ki, yanvarın 19-da keçiriləcək mitinqdə elə bir canlanma, elə bir qeyri-adi ssenari və hadisə baş verməyəcək. Bundan əvvəlki uğursuz mitinqlərin təkrarı olacaq. Bir sözlə, müxalifət tərəfindən keçiriləcək bu mitinqin nəticəsi artıq bəri başdan bəllidir ki, heç nə ilə nəticələnməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB