Tramp Türkiyəni təhdid etdi YPG-yə görə

Tramp Türkiyəni təhdid etdi YPG-yə görə

Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı Twitter səhifəsində fikirlərini bölüşüb. SİA RBK-ya istinadən xəbər verir ki, qoşunların ölkədən çıxarılmasına rəğmən “İslam Dövləti” terror təşkilatının mövqelərinə zərbələr vurulmaqda davam edəcək.

Lakin bununla yanaşı, Tramp ABŞ-la müttəfiqlik edən Suriya kürdləri ilə bağlı fikirlərini də qeyd edərək bildirib ki, əgər Türkiyə kürdlərə qarşı hücum əməliyyatları keçirərsə, ABŞ bu dövlətə qarşı iqtisadi zərbə vurmalı olacaq. “Əgər kürdlərə hücum edilərsə, biz Türkiyəyə iqtisadi zərbə vuracağlq. Mütləq 20 millik təhlükəsizlik zonasını yaratmaq lazımdır. Bununla yanaşı, mən istəyirəm ki, kürdlər Türkiyəni, Rusiyanı, İranı, ya da Suriyanı təxribata çəkməsinlər. Onlar “İslam Dövləti"nin məhv olması üçün böyük zəhmət çəkiblər. Biz onlara buna görə minnətdarıq, lakin indi qoşunları evə qaytarmaq mütləqdir”, Tramp yazıb.

Qeyd edək ki, yanvarın 11-də Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton etiraf edib ki, suriyalı kürdlər amerikalı qoşunların çıxarılmasından sonra çox çətin vəziyyətdə qalacaqlar. Onun sözlərinə görə, Vaşinqton Ankaranın kürdlərə hücum etməyəcəyi barədə zəmanətinə əməl edəcəyinə ümid edirlər.

Dekabrın sonlarında isə, Reuters agentliyi amerikalı məmurlara istinad edərək yazırdı ki, ABŞ komandanlığı Ağ Evə suriyalı kürdlərin silah almaları üçün təqdimat hazırlayırlar. Kürdlərə amerikalılardan zirehli texnika, minaatanlar və tank əleyhinə raket kompleksləri qala bilər.

Trampın amerikalı qoşunların Suriyadan çıxarılmasına qədər isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Suriyanın şimal-şərq bölgələrinin əhəmiyyətli hissəsinə nəzarət edən suriyalı kürdlərə qarşı hərbi əməliyyatlara hazırlaşır. Ankarada hesab edirlər ki, hərbiləşdirilmiş YPG təşkilatı ölkənin təhlükəsizliyinə təhlükədir və onlar Türkiyədəki PKK separatçılarına dəstək göstərirlər.

Dekabrın 28-də isə, Suriyanın hökumət qoşunları son altı ildə ilk dəfə kürdlərin nəzarətindəki Mənbic şəhərinə daxil olaraq Suriya bayrağını qaldırıblar. Ərdoğan suriyalı hərbçilərin fəaliyyətini “psixoloji əməliyyat” adlandırıb. Kremldə isə Bəşər Əsəd ordusunun şəhərə daxil olmasını regionda sabitliyin əldə edilməsi üçün pozitiv addım olduğunu bildiriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə