Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı olub. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, telefon söhbətində tərəflər ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə ediblər. Bildirilir ki, liderlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı qərarlılıqlarını vurğulayıblar.
Prezident Ərdoğan, Venesuela prezidentinin Karakasda 10 yanvarda keçiriləcək inaqurasiya mərasiminə dəvət üçün Maduroya təşəkkür edib.
Türkiyə dövlətinin rəhbəri, ölkənin vitse-prezidenti Fuat Oktayın tədbirdə Türkiyəni təmsil ediləcəyini söyləyərək mərasimdə iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.
Ərdoğan qeyd edib ki, Venesuelada sabitlik, sülh və rifahın təmin olunması Türkiyə üçün əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB