"2019-cu ildə maliyyələşəcək onlayn media daha da inkişaf edəcək" AÇIQLAMA-ÖZƏL

"2019-cu ildə maliyyələşəcək onlayn media daha da inkişaf edəcək" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanda 2019-cu ildə onlayn media ilə bağlı müəyyən maliyyələşmə proqramlarının həyata keçirilməsi gözlənilir”. Bu barədə SİA-ya Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məlumat verib.

M.Ələsgərli hesab edir ki, bu, növbəti illərdə ölkəmizdə sabit və ictimai rəyi formalaşdıran medianın qalması ilə yanaşı, həm də Azərbaycanın səsini, sözünü dünyaya çatdıracaq media qurumlarının inkişafına xidmət göstərəcək: “Məsələ ilə bağlı əsas ideya müəllifi kimi Mətbuat Şurası çıxış edib. Bildiyiniz kimi Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov Milli Məclisin plenar iclaslarında dəfələrlə elektron mediaya maliyyə yardımının ayrılmasının vacibliyini qeyd etdi. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fond tərəfində belə bir planlaşmasının aparılması ilə bağlı məlumat açıqlandı”.

Qurum rəsmisinin sözlərinə görə, nə qədər ki, Azərbaycanda hakimiyyət və media dialoqu mövcuddur, media ictimai maraqların, Azərbaycan dövlətinin yanındadır: “Nə qədər ki, Azərbaycan Prezidenti mediamızın, jurnalistlərin dostudur bu əməkdaşlıq davam edəcək və birgə uğurlara imza atılacaq”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə