Pakistanın Pəncab vilayətinin qubernatoru qətlə yetirilib

Pakistanın Pəncab vilayətinin qubernatoru qətlə yetirilib

Pakistanın Pəncab vilayətinin qubernatoru öz cangüdəni tərəfindən güllələnib. SİA-nın məlumatına görə, rəsmilər xəbər verirlər ki, Salman Tasir Pakistan paytaxtı İslamabadda sübh çağı qətlə yetirilib. Tasir prezident Asif Əli Zərdarinin yaxın müttəfiqi və hakim Pakistan Xalq Partiyasının mötəbər xadimi idi.

Pakistanın daxili işlər naziri Rəhman Malik deyib ki, Tasir Pakistanın mübahisəli kafirlik qanunlarına qarşı açıq çıxışlar etdiyinə görə öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə