“Artıq uzun illərdi ki, Dağlıq Qarabağ münaqişəsini öz həllini tapmır”. Bunu SİA-ya açıqlamasında Politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, burada da günahkar tərəf hər zaman olduğunu kimi yenə də işğalçı Ermənistandır: “Çünki Ermənistan BMT qətnamələrini yerinə yetirmir, AŞPA, ATƏT kimi beynəlxalq təşkilatların çağırışlarına, qərarlarına əməl etmir. Məhz buna görə də, bir necə gündən sonra geridə qoyacağımız 2018-ci il də, Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı heç bir irəliləyişə nail olunmadı. Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı mühüm irəliləyişlər olacaq. Yəni gələn il sözügedən məsələlər ölü nöqtədən çıxacaq. Növbəti il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Paşinyanın xələfi Sarkisyandan fərqli bir siyasət ortaya qoyacağını zaman göstərəcək. Bu bir faktdır ki, Sarkisyan və Koçəryan Qarabağ kartı üzərində hakimiyyətə gəlmişdirlər. Yəni onlar geri çəkilə bilməzdilər. Amma Paşinyanın əli qana batmayıb. Əgər Paşinyan Ermənistanı istəyən adamdırsa o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq tələbləri yerinə yetirməlidir. Əks halda Ermənistan daha ağır vəziyyətlə üzləşməli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB